SON DƏQİQƏ! Əməliyyat başladı: “Terrorçularla üz-üzə...”

İsrail Qəzzanın cənubunda quru əməliyyatına başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrail Baş Qərargah rəisi Herzi Halevi açıqlayıb.

O, Qəzzanın cənubundakı əməliyyatın şimaldakı kimi "güclü və əhatəli" olacağını bildirib.

Ordu sözçüsü daha sonra İsrailin “quru hücumunu genişləndirməyə davam etdiyini” təsdiqləyib və “terrorçularla üz-üzə toqquşmaların” olduğunu bildirib.

Musavat.com

04.12.2023 12:17
1651