SON DƏQİQƏ! DİN mühüm məlumat yaydı

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə tədbirlər keçirilib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, keçirilən əməliyyat tədbirləri ilə rayon sakinlərindən müvafiq sənədləri olmayan ümumilikdə 3 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.

16.12.2023 18:50
1081