SON DƏQİQƏ! Delimitasiya: İrəvan əsasnaməyə BU TARİXDƏ baxacaq

Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasda Azərbaycanla delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə (reqlament) baxacaq.

Bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Sənəd delimitasiya üzrə işlərin təşkilini və müvafiq sənədlərin qəbulunu, o cümlədən uyğun miqyasda delimitasiya xəritəsinin tərtibini nəzərdə tutur.

Qeyd olunub ki, bu sənəd gələcəkdə dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra iki ölkə arasında prosessual məsələləri tənzimləyir. (Report)

02.09.2024 15:36
703