SON DƏQİQƏ! Bu ölkədə güclü zəlzələ oldu

ABŞ-də güclü zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, 5,4 bal gücündə zəlzələ Texas ştatında qeydə alınıb və zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

 

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Musavat.com

04.05.2025 10:00
928