SON DƏQİQƏ: Bu ölkədə güclü zəlzələ oldu

Ekvadorda 5,7 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 154 min nəfər əhalisi olan Ambato şəhərindən 91 km şimal-şərqdə yerləşib.

Zəlzələnin episentri 40 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Musavat.com

01.02.2025 03:44
812