SON DƏQİQƏ! Bu işsiz şəxslərə ödənişlər ediləcək

““İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklər ilə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək. Belə ki, yeni dəyişikliklərə əsasən, müəssisənin mülkiyyətçisi dəyişəndə əvvəllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz işinə qayıtdıqda da ödənişlər ediləcək”.

Musavat.com xəbər verir ki, bunu millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.

Vüqar_Bayramov.jpg (3.90 MB)

“Eyni zamanda, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək. İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır. Yeni dəyişikliklər ilə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək.

İşsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb olunan sığorta stajının 30 aydan 24 ayadək endirilməsi də həyata keçirilir. Bu, daha çox vətəndaşların ödəniş almasına imkan yaradacaq. Digər dəyişiklik fərdi məşğulluq proqramının üzrlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir. Bu zaman qanunda üzrlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib. Bütövlükdə, qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı, daha çox vətəndaşımızın bu imkandan faydalanmasına şərait yaradacaq”, - deputat bildirib. 

Aytən Novruz
Musavat.com

09.12.2023 13:02
8049