Azərbaycanın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Bəbir Hüseynov 91 yaşında vəfat edib.
Bu barədə Azərbaycan Mətbuat Şurasının yaydığı nekroloqda bildirilib.
Qeyd edək ki, Hüseynov Bəbir Qüdrət oğlu 1932-ci ildə Ağdam rayonunda doğulub. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olmuş Bəbir Hüseynov 1979-cu ildən “Ağdam” qəzetinin redaktoru kimi çalışıb.//Report