SON DƏQİQƏ! Baş nazirdən mühüm QƏRAR

Baş nazir Əli Əsədov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında Qərar imzalayıb.


Musavat.com xəbər verir ki, Qərarda deyilir:

“1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin Müfəttişliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilsin.

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin tibb müəssisələri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilsin (siyahı əlavə olunur).

3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli stansiyası ünvanında olan Əncirli Uşaq Dəmir Yolu Xəstəxanasının yerləşdiyi əmlak kompleksi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilsin.

4. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci və 2-ci hissələri icra olunduqdan sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin qanunvericiliyə uyğun olaraq ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etsinlər.

6. Bu Qərarın 1-ci və 2-ci hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir. 7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2025-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırlanarkən bu Qərardan irəli gələn maliyyələşdirmə məsələlərini nəzərə alsın”.

22.08.2024 17:04
2663