SON DƏQİQƏ! Bakıda marşrut avtobusu qəzaya uğradı

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

“Report” xəbər verir ki, hadisə zamanı 90 MJ 279 DQN-lı sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Avtobus “Kənan-2000” şirkətinin müvəqqəti istismarında olan 70 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edirmiş.

Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramov bildirib ki, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.

25.06.2022 12:44
818