Oktyabrın 19-da keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 51 fakt aşkar edilib.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 82 nəfər saxlanılıb.
Narkotik vasitələrin qrup halında qəbul edildiyi daha 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Bundan əlavə saxlanılan şəxslərdən 1 ədəd “Kalaşnikov” avtomatı, 4 ədəd patron və patron darağı aşkar olunaraq götürülüb. Aşkarlanan faktlarla bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri tədbirlər davam etdirilir.