SON DƏQİQƏ: Azərbaycanın məşhur diktoru vəfat etdi - FOTO

Tanınmış diktor Ramiz Qafarov vəfat edib.

İnfarkt keçirən tanınmış diktor Ramiz Qafarova müdaxilə olunsa da, o, Voleybol Mərkəzində vəfat edib.

Tofiq Bəhrəmov adına Respublika stadionunun tanınmış diktoru Ramiz Qafarovun qəfil halı pisləşib.

Ölkə.Az-ın xəbərinə görə, hadisə Çelenc Kuboku çərçivəsində kişi voleybolçulardan ibarət "Xarı Bülbül" (Şuşa) komandasının 1/32 final mərhələsində Slovakiyanın "Spartak (Miyava) kollektivi ilə mübarizə aparan zaman yaşanıb. O, Bakıda baş tutan qarşılaşmanı izləyənlər arasında olub.

 


26.10.2023 20:35
3082