SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu

Qubada 3,2 maqnitudada zəlzələ olub.

Musavat.com xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib.

Yeraltı təkanlar Quba stansiyasından 14 km cənub-qərbdə Quba rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.

01.02.2025 18:13
10844