SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu

Goranboyda zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən Musavat.com-a bildirilib.

Vurğulanıb ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb.

Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub.

Zəlzələ hiss olunmayıb.

23.04.2024 09:58
2941