SON DƏQİQƏ! Azərbaycanda tanınmış məmur xanım vəfat etdi

Ötən gün Azərbaycan Dövlət İdarələr və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Gəncə Şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva vəfat edib.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, Ü.Vəliyeva onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, 1973-cü il təvəllüdlü Ü.Vəliyeva 2018-ci ildən qurumun Gəncə Şəhər Komitəsinə rəhbərlik edirdi.

O, 2015-ci ildən 2018-ci ilədək qurumun Mingəçevir Şəhər Komitənə rəhbərlik etmişdi.

Musavat.com

07.10.2023 16:20
2791