Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:35-də qeydə alınıb. Zəlzələnin episentri 52 km dərinlikdə olub.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ Kürdəmir stansiyandan 14 km cənubda - Kürdəmir ərazisində qeydə alınıb:
"Zəlzələ episentrdə 5 bala qədər, Ağdam Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub".
@@TVmusavat/67942@@