Azərbaycanda 5 maqnitudalı zəlzələ olub.
Musavat.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 22:05-də meydana gəlib. Zəlzələ daha çox Mərkəzi Aran zonasında hiss olunub.
Zəlzələnin ocağı Salyanın Qaraçala kəndi ərazisində, 61 km dərinlikdə yerləşib.
Zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdamda 4-3 bala qədər hiss olunub.
Yeraltı təkanlar Bakıda və Abşeron yarımadasında hiss olunmayıb.
Musavat.com