SON DƏQİQƏ: Azərbaycanda faciəvi hadisə baş verdi

Ağstafada bədbəxt hadisə baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eynallı kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Qabil İmamverdiyev bədənin III IV dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Qabil İmamverdiyev yaşadığı evdə çardaq düzəldən zaman qaynaq aparatı partlayıb.

Nəticədə onun ayağının biri qopub.

28.07.2023 04:15
5265