SON DƏQİQƏ! Azərbaycanda 3-4 ballıq zəlzələ təkanları

Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Musavat.com-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

"Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 3-4 bala qədər hiss olunub", - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla 12:08-də 15 km dərinlikdə qeydə alınıb.

22.07.2024 12:22
2498