SON DƏQİQƏ: Avdeyevkada yenidən QIRĞIN başladı, Rusiya elitası ŞOKDADIR... – CANLI

Vladimir Putin və Rusiyanın digər yüksək rütbəli rəsmiləri “Crocus City Hall” ticarət mərkəzində baş vermiş terror aktının arxasında Ukraynanın dayanmasına dair iddialarında qeyri-ardıcıl mövqe bildirir.

ABŞ Müharibə araşdırmaları İnstitutunun( ISW) analitiklərinin fikrincə, bu, Kremlin terror hücumunun müzakirəsi üçün şablon xətt hazırlaya bilməməsindən və siyasi elitanın şokda olmasından xəbər verir: “Bu, terrorun nəticələrindən sonra rus elitasının yaşadığı şokla bağlıdır”.

ABŞ mütəxəssisləri hesab edirlər ki, Rusiya siyasətçiləri ticarət mərkəzinə hücumla bağlı ardıcıl ritorik xətt saxlamağa çalışırlar. Lakin onlar informasiya əməliyyatlarını kəşfiyyat və hüquq-mühafizə orqanlarının real uğursuzluğu ilə uzlaşdırmaqda çətinlik çəkirlər.

Qeyd olunur ki, Putin və onun ətrafındakılar İŞİD-in məsuliyyəti öz üzərinə götürdüyü terror aktında Ukraynanın iştirakı ilə bağlı saxta rəvayət ətrafında tam birləşə bilməyiblər: “Martın 23-də, terror aktından sonra etdiyi müraciətdə Putin hücum edənlərin Ukrayna ilə bağlı olduğunu bilavasitə bildirdi. Lakin martın 26-da Rusiya Federasiyası Baş Prokurorluğunun kollegiyasındakı çıxışı zamanı birbaşa və ya dolayısı ilə Ukraynanı ittiham etmədən, sadəcə, “Crocus”-a hücumu xatırlatdı və müstəntiqləri bu işin bütün faktlarını müəyyən etməyə çağırdı”.

Qeyd olunur ki, Putin həmin çıxışında Ukraynanın adını yalnız Rusiyanın xaricdəki “itirilmiş” əmlakının qaytarılması ilə bağlı məsələdə çəkib. Bu, onun əvvəlki ittihamları ilə müqayisədə nəzərəçarpacaq dəyişiklikdir.

Eyni zamanda, Putinin sözçüsü Dmitri Peskov da jurnalistlərin suallarını cavablandırarkən “Crocus”-a hücumu Ukraynanın təşkil etdiyini birbaşa açıqlamaqdan imtina edib.

Hesabatda deyilir: “Putinin birinci gün Ukraynanı birbaşa günahlandırması və növbəti gün məsələdən yayınması şəklində tərəddüd etməsi onu göstərir ki, Kreml hücumu müzakirə etmək üçün hələ də şablon xətt hazırlamayıb”.

Analitiklər sonda onu da vurğulayırlar ki, Rusiya elitası öz davranışları və çaşqınlığı ilə hələ də hücumla bağlı kritik məlumatlara malik olmadığını göstərməkdədir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

27.03.2024 13:33
2175