SON DƏQİQƏ: ABŞ Zəngəzur dəhlizinin açılmasına "HƏ" dedi - CANLI

Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı kifayət qədər əhəmiyyətli proqres var. Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib. “Açıq qalan məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb”, - nazir əlavə edib.

Ceyhun Bayramov Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qaldığını qeyd edib: “Ermənistanın əsas qanununda - konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır. Bu, bizim tərəfimizdən prosesin başa çatdırılmasında ən ciddi əngəl kimi görünür”. Nazir əlavə edib ki, bu, Ermənistanın özü üçün də çox xoşagəlməz hal kimi qəbul edilməlidir. “Bu istiqamətdə müvafiq addımların atılmasını gözləyirik”, - nazir deyib.

“Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni demək olar ki, yekunlaşıb”. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Maqnus Tsakhna ilə Tallində birgə keçirdiyi mətbuat konfransında deyib. “Azərbaycanla münasibətlərə gəlincə, biz danışıqlar prosesini davam etdiririk. Sülh müqaviləsi layihəsinin mətnini demək olar ki, yekunlaşdırmışıq. Ermənistan bir ay içərisində mətni tamamilə yekunlaşdırmağa və Azərbaycanla sülh sazişini imzalamağa hazırdır”, - nazir vurğulayıb.

TVMusavat-ın bu gün saat canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Elşad Paşasoyla sülh gündəmini müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

27.06.2024 15:44
2314