SON DƏQİQƏ: ABŞ səfirliyi pulemyotdan ATƏŞƏ TUTULDU

ABŞ-ın Livandakı səfirliyinin binası pulemyotdan atəşə tutulub.

Musavat.com xəbər verir ki, bu barədə "Al-Jadeed" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hücumu səfirlik binasının yanından avtomobillə keçən bir qrup şəxs həyata keçirib:

"Cipdə olanlar Avkar bölgəsindəki diplomatik missiya binasına doğru avtomatik atəş açıb, daha sonra şosse ilə hərəkətə davam ediblər".

Məlumata görə, hücum nəticəsində mülki əhali və diplomatik missiya əməkdaşları arasında itki yoxdur.

Hadisənin digər təfərrüatları müəyyənləşdirilir.

Musavat.com

21.09.2023 08:38
2519