İsrail ordusu Qəzza zolağının şimalındakı sakinlərə anklavın cənubuna təhlükəsiz şəkildə təxliyəsi üçün daha dörd saat vaxt verdiyini bildirib.
Musavat.com xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmisi Avixay Edri X sosial şəbəkə hesabında yazıb.
“Bu gün İsrail ordusu yenidən Səlahəddin yolunda (Şimal və Cənub Qəzza arasında) saat 10:00-dan 14:00-a qədər (Bakı vaxtı ilə 12:00 və 16:00) hərəkətə icazə verəcək.
Özünüzün və yaxınlarınızın qayğısına qalırsınızsa, o zaman İsrail ordusunun verdiyi göstərişlərə əməl edərək cənub bölgəsinə keçin”, - o bildirib.
Edri qeyd edib ki, HƏMAS davam edən humanitar səylərə zərər verir və Qəzzadakı mülki əhalidən canlı qalxan kimi istifadə edir.
İsrailin Baş naziri Benyamin Netanyahunun qardaşı oğlu, kapitan Yair Edu Netanyahu isə Qəzzadakı müharibədə öldürülüb. Məlumata görə, o, Əl-Qəssam Briqadalarının raket hücumları zamanı həyatını itirib. Xəbəri “Sputnik” yayıb.
İsrailin “Haaretz” nəşri isə yazıb ki, İsrail Müdafiə Qüvvələri yaxın 48 saat ərzində Qəzza şəhərində döyüşlərə başlamağı planlaşdırır.
“İsrail Müdafiə Qüvvələrinin qiymətləndirmələrinə görə, Qəzza zolağındakı qüvvələr 48 saat ərzində şəhəri tamamilə mühasirəyə alacaq və əhalinin sıx olduğu yerlərdə döyüşlərə başlayacaq”, - nəşr qeyd edib.
“Kollektiv Qərb ölkələri Yaxın Şərqi böyük müharibənin astanasına sürükləyir”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Bilik. Birinci” təhsil marafonunda çıxışı zamanı bildirib. “İndi biz anqlo-saksların Yaxın Şərqi sözün əsl mənasında necə böyük müharibə astanasına sürüklədiyini görürük. Bu xətt digər regionlarda, o cümlədən Ukraynada özünü tam şəkildə büruzə verir. Nümunələr çoxdur, amma nəticə eynidir: dövlətçiliyin itirilməsi və ya zəifləməsi, Necə ki, bunu İraqda, Liviyada etdilər, Suriya Ərəb Respublikası ilə etməyə çalışdılar", deyə Rusiya XİN başçısı vurğulayıb.
Lavrov qeyd edib ki, Qərb ölkələrinin bu cür siyasətinin nəticəsi terrorizm və ekstremizmin artması, insan talelərinin sındırılması, dağılmış ailələr, çoxmilyonlu qaçqın axınları oldu.
Yeri gəlmişkən, İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan toqquşmalarda indiyədək 8 azərbaycanlı həlak olub. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə belə deyib. “Ölənlər İsraildə yaşayan soydaşlarımız olub", - məlumatda deyilir. A.Hacızadə qeyd edib ki, Qəzza zolağından hazırda 8 Azərbaycan vətəndaşının təxliyəsi üzrə işlər gedir.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə müzakirə aparır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat