Nəsimi rayon Prokurorluğu metronun “28 May” stansiyasında qeydə alınmış ölüm faktını araşdırır.
Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
“İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır”, - prokurorluqdan bildirib.
Qeyd edək ki, hadisə bir neçə saat əvvəl baş verib. Metrostansiyada sərnişin qatarın yoluna düşüb. Onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunub.