Son 3 ildə Kiyev ABŞ-dan 183 milyard dollara yaxın vəsait alıb

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Amerika Konqresinin Ukraynaya ayırdığı vəsaitin ümumi məbləği 182 milyard dollardan çox olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Pentaqonun baş müfəttişinin hesabatında deyilir.

Sənəddə bildirilir ki, 2022-ci ilin fevralında Ukraynada mügaribə başlayandan bəri Konqres Kiyevə ən azı 182,99 milyard dollar ayırıb və ya Kiyevin maliyyə vəsaiti ilə təmin olunmasına başqa yolla icazə verib.

Qeyd olunur ki, ABŞ-ın ümumilikdə 14 federal departamentinə Ukrayna üçün əlavə ayırmalar haqqında qanunlara uyğun olaraq Kiyevi təmin etmək üçün vəsait almaq səlahiyyəti verilib. Bu sırada Müdafiə Nazirliyi, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) də var.

Musavat.com

 

16.11.2024 11:57
188