Son zamanlar Abşeronda intihar halları artmaqdadır.
Musavat.com xəbər verir ki, bu barədə Abşeron rayon prokuroru Qabil Qasımov deyib.
Prokuror bildirib ki, intihar hallarının artması həm də mediada bu hadisələrin sensasiyalı təqdim edilməsidir:
"2021-ci ildə Abşeron rayonunda 41 intihar hadisəsi baş verib. 2022-ci ildə bu rəqəm 45 nəfərə çatıb. Bu il isə rayon ərazisində 50 nəfərə yaxın şəxs intihar edib".
Samir Əli