Son 2 həftə: saxta rejimin məhv edilməsi üçün ŞOK əməliyyat.... - Gözlər BAKIDA

Müharibə dayandığı yerdən davam etsə, Xankəndidə 24 saata bir silahlı quldur da qalmayacaq! 9 sentyabr “seçki” şousu separatçıların sonluğunu tezləşdirəcək...

15 gün sonra, sentyabrın 27-də 44 günlük Vətən savaşına başlamağımızın üçüncü ildönümü tamamlanacaq. Əfsus ki, ötən müddətdə bölgədən barıt qoxusu çəkilməyib. Çünki “Dəmir yumruq”dan sonra da havadarlarının vədlərinə aldanan Ermənistan rəhbərliyi haqq elədiyi məğlubiyyətdən dərs götürməyib və revanşist hisslərlə yaşayır. Xaricdən silah-sursat alıb hücum ordusu qurmaq planları üzərində işləyir. Hərbi qələbəmizi sıfırlamaq üçün yüz oyundan çıxır.

Kapitulyant tərəfi buna ən çox erməni lobbisi və erməni katolik kilsəsi, bəzi xarici güclər, xüsusən də Bakıya inadla təzyiq eləməyə çalışan Fransa təşviq edir. Belə getsə, bu il də sülh müqaviləsi imzalanmayacaq. Hər halda, bundan ötrü baş nazir Nikol Paşinyanın “Qarabağ Azərbaycandır” söyləməsi kifayət deyil, gərək “A”dan sonra “B” də söyləsin, yəni Azərbaycanın 5 məlum baza prinsipi əsasında sülh müqaviləsinə imza atsın.

Hələlik bu, əlçatmaz görünür. Daha bir səbəbə: Paşinyan üç ilə yaxın müddətdə öz xalqını sülhə hazırlamayıb. Əksinə, erməni cəmiyyətinin bir az da radikallaşdığı  müşahidə olunur. Demək, növbəti genişmiqyaslı hərbi toqquşma qaçılmaza çevrilə bilər. Çünki diplomatiyanın aciz qaldığı yerdə işə hərbçilər qarışır...

*****

Gözlənilən antiterror əməliyyatı - “Onlar azad çıxıb gedə biləcəklərini  düşünürlərsə, yanılırlar” - Mediapost.az - Azərbaycan Xəbərləri

Yaranmış durumu şərh edən siyasi təhlilçilərdən birinin fikrincə, Ermənistan hökuməti elə bilir ki, Azərbaycanla yeni qarşıdurma, yaxud müharibə ona bu dəfə beynəlxalq dəstəyin verilməsinə gətirəcək. Amma kim verəcək bu dəstəyi, əgər üstəlik, Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdursa? Məgər BMT TŞ-dəki 18 avqust fiaskosu dərs olmadı?

Prezident İlham Əliyev bu xüsusda qəti sözünü sentyabrın 1-də ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bir daha bəyan edib. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü məsələsində və separatçı-quldur rejimə münasibətində heç bir güzəşti olmayacaq! Bakı şərt qəbul eləmir, eləməyəcək! İllah da torpaq bütünlüyümüzü sual altına qoyacaq şərt və ya təklif yaxına buraxılmayacaq. Azərbaycan rəhbərliyi habelə dönə-dönə bəyan edib ki, öz ərazisində “boz zona”nın mövcudluğuna uzun müddət dözməyəcək.

Əslində saxta rejimin bir lokal əməliyyatlıq canı qalıb. Uzağı, 24 saata “Şeytan yuvası” ram ediləcək. Bunu Moskvada da, Vaşinqtonda da, Brüssel və Parisdə də yaxşı bilirlər. Ağlı başında olan ermənilər də durumun fərqindədirlər. Sentyabrın 9-da Xankəndidə düzənlənən “prezident seçkisi”, bir gün sonrakı “andiçmə” şousu isə xuntaçıların acı sonluğunu yalnızca yaxınlaşdıracaq...  

*****

“Ola bilsin ki, ermənilər hətta 2-ci Qarabağ müharibəsinin başlanmasının ildönümündə (27 sentyabr 2023 - red.) bir növ öz məğlubiyyətlərinin hansısa şəkildə qisasını almağı xəyal edirlər. Görünür, Fransa və Hindistandan aldıqları hərbi texnika İrəvanı ruhlandırıb”.

Bu, sərhəddəki durum haqda danışan analitiklərdən birinin təxminidir.

“Məsələ heç də Rusiyanın Qarabağda öz üzərinə düşən öhdəlikləri yerinə yetirməməsində deyil. Ondadır ki, artıq reallıq dəyişib. Bakı öz mövqeyində maksimum ardıcıldır və konkret nəticəyə - öz ərazi bütövlüyünün bərpasına hədəflənib”.

Bunu isə rusiyalı politoloq Stanislav Pritçin erməni mediasına müsahibəsində söyləyib.

“Yeni Müsavat” xəbər verir ki, politoloq bölgədəki hadisələrin sonrakı mümkün gedişatı ilə bağlı qeyd edib ki, “söhbət çox böyük boz ərazidən gedir və heç kim vəziyyətin necə cərəyan edəcəyini deyə bilməz”.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münasibətlərdə artan gərginliyin xarakterinə əsasən hərbi ssenariləri də istisna deyil.

*****

“Hazırda Nikol Paşinyan üçün olduqca gərgin bir dövr yaşanır. Azərbaycanla gərgin situasiya fonunda Ermənistan daxilində ağır durum mövcuddur. Bu gərginlik isə Paşinyanın manevrlər edərkən buraxdığı ciddi səhvlərlə bağlıdır”.

Azərbaycanlı politoloq Zaur Məmmədov bu fikirdədir.

O da bu qənaətdədir ki, Paşinyan erməni cəmiyyətini sülhə hazırlamaq əvəzinə əks istiqamətdə iş aparıb: “Nəticədə Qarabağın dağlıq hissəsindəki qondarma rejimdə Paşinyanın rəqibləri hakimiyyəti ələ aldı. Ardınca onlar Ermənistanda hakimiyyət uğrunda mübarizəyə başlayacaq. Bununla hərbi canilər Robert Köçəryan və Serj Sərkisyan hakimiyyət uğrunda mübarizəyə qoşulur. Onlar hər cür imkanlardan istifadə edəcəklər ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqla yanaşı, həbsinə də nail olsunlar”.

Bir bəyanatın izi ilə - Paşinyan nə istəyir? - 05.01.2023, Sputnik  Azərbaycan

Politoloqa görə, hazırkı vəziyyət bölgəni yeni müharibəyə aparır: “Azərbaycan sözsüz ki, səbirlə danışıqlarda nəticələri gözləyir. ABŞ dövlət katibi Entoni Blinken bununla bağlı Azərbaycandan vaxt istəmişdi. Amma Paşinyan ABŞ-ın vasitəçiliyi ilə olan danışıqları pozdu. Hazırda isə Rusiyanın iştirakı ilə danışıq gedir. Bu, Ağdam-Xankəndi yolunun açılması, Laçın sərhəd-keçid məntəqəsində yeni parametrlərlə bağlıdır. Əgər separatçılar danışıqlara qayıtmayacaqlarsa, bu, yeni hərbi əməliyyatların başlaması demək olacaq”.

Zaur Məmmədova görə, Azərbaycanla Ermənistan arasında sülh danışıqları müstəvisində sentyabr-oktyabr aylarında görüşün olması gözlənilir və bu görüşün nəticəsi çox şey deməyə əsas verəcək: “Güman ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamayacaq. Belə olan halda Azərbaycan ortaya qəti mövqe qoyacaq. Adekvat yanaşma olmasa, Azərbaycan payızda məsələni həll edə bilər”.

Öz növbəsində digər rusiyalı politoloq Sergey Markov hesab edir ki, Qafqazda böyük hadisələr yaxınlaşır. “Və belə bir məqamda Ermənistan lideri Paşinyan ancaq Rusiyaya qarşı daha çox pislik etmək barədə fikirləşir. Çoxlarının əminliyinə görə, tezliklə bütün Qarabağ Azərbaycanın tam nəzarətinə keçəcək”, - deyə o əlavə edib.

Proseslər buna yön alıb...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

12.09.2023 13:00
3268