Son 10 gündə Bakıda iki GÜCLÜ PARTLAYIŞ VƏ ÖLÜMLƏR - TƏSADÜF, YA...?– K.Həsənli və S.Telmanqızı CANLIda

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş yanğın-partlayış hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-dən bildirilib ki, xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib.

Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

FHN-dən bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Dağıntılar altında qalan şəxslərin axtarışı üçün əraziyə itlər cəlb olunub. TƏBİB yanğın nəticəsində 3 nəfərin öldüyünü, 24 nəfərin yaralandığını açıqlayıb.

Nələr baş verir? Yanvar ayı girəndən bu, artıq ikinci belə yanğın-partlayışdır və hər ikisi də insan tələfatı ilə nəticələnir. Yanvarın əvvəlində Perinatal Xəstəxanada baş verən partlayış 4 körpənin ölümü ilə yekunlaşmışdı. İndi isə hələ ki, 3 nəfərin öldüyü bildirilir. Bunu təsadüf adlandırmaq olar? Yoxsa seçki ilində kimlərsə ölkəni qarışdırmaq istəyirlər?

Bu və gündəmdəki aparıcı Kamran Həsənli ilə Sevinc Telmanqızı müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

15.01.2024 16:02
992