Almaniya kansleri Olaf Şolts hələ maliyyə naziri olarkən Vaşinqtonun “Şimal axını 2” qaz kəmərinin tikintisinə qarşı sanksiyalarının qarşısını almaq üçün ABŞ-la gizli müqavilə bağlamaq istəyib.
Musavat.com xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti Almaniya hökumətinin məxfi sənədlərinə istinadən məlumat yayıb.
“2020-ci ilin yayında Şolts ABŞ-ın o vaxtkı prezidenti Donald Trampa Almaniyanın Şimali Almaniya sahillərində sıxılmış təbii qazın yenidən qazlaşdırılması terminallarının tikintisinə Almaniya büdcəsindən 1 milyard avro sərmayə qoymağı təklif edib. Bunun şərti qaz kəmərinə qarşı sanksiyaların aradan qaldırılması olub”, - nəşr qeyd edir.
Materialın müəllifləri əlavə ediblər ki, Tramp administrasiyası təklifi kobud şəkildə rədd edib və onu “zibil” adlandırıb.
İyunun 7-də məlum olub ki, Angela Merkel Almaniyanın federal kansleri kimi Rusiyanın “Şimal axını 2” qaz kəmərinin işə salınmasına yönəlmiş tədbirlər görmək planlarından, eləcə də Avropaya enerji tədarükünə qoyulan məhdudiyyətlərdən xəbərdardır. Qeyd olunur ki, bu məsələlərlə bağlı hökumət görüşləri zamanı Merkel “Qazprom”un qiymət siyasətini müdafiə edib və həmçinin “qaz qiymətlərinin yüksək olması üçün sadə izahatlar axtarmamağa” çağırıb.
Musavat.com