Şoltsun planı Ukrayna ərazilərinin Rusiyaya verilməsini nəzərdə tutur

Almaniyanın Kansleri Olaf Şolts Ukraynada sülh nizamlanması üçün öz planını hazırlayır. Bu, bir növ yeni Minsk sazişləridir və Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini istisna etmir.

Oxu.Az bu barədə "La Repubblica" qəzetinə istinadən xəbər verir.

Qeyd olunur ki, regional və Avropa seçkilərindəki uğursuzluqlardan sonra Almaniya kansleri öz mövqeyini möhkəmləndirmək üçün "Ukrayna kartını oynamaq" istəyir. Nəşr əlavə edir ki, müxalifətdəki Xristian-Demokrat İttifaqı da onu münaqişənin həlli yollarını axtarmağa təhrik edir.

Dünən televiziya müsahibəsində Şolts bəyan edib ki, Ukraynada münaqişədə sülhə necə nail olmağın müzakirəsi üçün vaxt gəlib çatıb. Onun fikrincə, Rusiyanın mütləq iştirakı ilə Ukraynada böhranın həlli məqsədilə yeni sammit keçirmək lazımdır.

10.09.2024 02:02
596