Almaniyada Olaf Şoltsun partiyası müdafiə naziri Boris Pistoriusu kansler vəzifəsinə irəli sürməyi təklif edir.
Musavat.com xəbər verir ki, bu barədə "Spiegel" nəşri yazıb.
Bildirilir ki, Bundestagdakı Sosial Demokrat Partiyasının (SDP) deputatları qapalı iclas zamanı daha populyar olan müdafiə naziri Boris Pistoriusla seçkilərə qatılmağı təklif ediblər.
O, hazırkı kansler Olaf Şoltsun əvəzinə irəli sürülüb.
Xatırladaq ki, noyabrın əvvəlində Almaniyada maliyyə naziri Kristian Lindnerin işdən çıxarılmasından sonra hakim koalisiya dağılıb.
Məlumata görə, Almaniyada növbədənkənar seçkilər 23 fevral 2025-ci ildə keçirilə bilər.
İqbal Rzayev,
Musavat.com