Almaniya Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron Ukraynaya dəstəyin davam etdiriləcəyini açıqlayıblar.
Musavat.com xəbər verir ki, Şolts, Makronla keçirdiyi danışıqlardan sonra jurnalistlərə verdiyi açıqlamada bildirib: "Biz hər ikimiz eyni fikirdəyik, Ukrayna bizə güvənə bilər, Ukrayna Avropaya güvənə bilər, biz onu tək qoymarıq".
Hər iki lider Ukraynanın təhlükəsizlik və sabitlik üçün mübarizəsini dəstəkləyəcəklərini vurğulayıblar.
Musavat.com