Şolts Rusiyanın dərinliklərinin vurulmasına qarşıdır, Berbok isə tərəfdardır

Almaniyanın xarici işlər naziri Annalena Berbok kansler Olaf Şoltsun mövqeyinin əksinə olaraq, ABŞ prezidenti Co Baydenin Rusiya ərazisinin dərinliklərinə ATACMS raket zərbələrinin endirilməsini təsdiqləməsini müsbət qiymətləndirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nazir Berbok bu barədə rbb24 radiostansiyasına müsahibəsində bildirib.

“Çoxdan məlumdur ki, mən və Robert Habek (Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi naziri]), eləcə də mənim partiyam (“Yaşıllar”) bu məsələyə Şərqi Avropadakı tərəfdaşlarımız, ingilislər, fransızlar və amerikalılar kimi yanaşırıq. Bu, beynəlxalq hüquq çərçivəsindədir", - Berbok deyib.

Onun fikrincə, ATACMS raket zərbələri Rusiyadakı raket buraxılış qurğularını məhv edə bilər.

Onu da qeyd edək ki, Avropanın qüdrətli dövlətləri Rusiyanın dərinliklərinin vurulmasına icazə verilməsi ideyasını təqdir edir və Ukrayna tərəfini belə raketlərlərlə təmin etmək istiqamətində çalışırlar.

Musavat.com

18.11.2024 14:14
319