Şolts: Berlin və Ankara Ukrayna münaqişəsinin bitməsi yollarını araşdırır

Almaniya kansleri Olaf Şolts Berlin və Ankaranın Ukrayna müharibəsini dayandırmaq yollarını araşdırmaq üçün birgə səylər göstərdiyini açıqlayıb.

Musavat.com-un məlumatına görə Şolts vurğulayıb ki, həm Almaniya, həm də Türkiyə Ukraynanın yanında yer alır, lakin eyni zamanda münaqişənin daha da uzanmaması üçün həll yollarını araşdırmağa çalışırlar.

“Biz müharibənin davam etməməsi üçün nə edilə biləcəyini araşdırmağa səy göstəririk,” - deyə kansler əlavə edib.

20.10.2024 13:39
177