Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb.
İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladların qiymətinə təsir edəcək:
“Çünki təbii şokoladda yalnız kakao və şəkərdən istifadə olunur. Amma təmiz kakaodan olan şokoladlar çox az istehsal edilir. Təklifi də azdır. Buna görə də, Azərbaycanda şokolad qiymətində ciddi artım olacağını düşünmürəm”.
Qeyd edək ki, kakao tədarükçüsü Fil Dişi Sahilində yaşanan anormal istilərin məhsul istehsalına təsiri kakao emal zavodlarında işləri dayandırıb.
Daha ətraflı Baku TV-nin süjetində: