Türkiyənin Kaliforniyadakı konsulunu öldürən "ASALA" terror təşkilatının üzvü Ambik Sasunyan da delimitasiyaya etiraz edən ermənilərə qoşulub.
Musavat.com xəbər verir ki, bu barədə erməni telegram kanallarında görüntülər paylaşılıb.
Qeyd edək ki, Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat İrəvana yürüşünü davam etdirir.
Təxribatçı keşişin yürüşü Göyçə yarımadası deyilən ərazidən başlayıb.
“Birtərəfli güzəştlərin bu fəlakətli kursunun sonu və sərhədləri yoxdur. Şimaldan cənuba böyük və qəribə bir qanaxma prosesindəyik. Bu proses dayandırılmalıdır”, - deyə Qalstanyan yürüşdən əvvəl deyib.
Yerli mətbuatın məlumatına əsasən, “Şirak Vətən uğrunda” vətəndaş hərəkatının üzvləri Tavuş rayonundan başlayan yürüşə qoşulmaq üçün mayın 8-də saat 10:00-da Abovyan şəhərinə gedəcəklər.
Görüntüləri təqdim edirik:
Musavat.com