ŞOK! Trampın müşaviri Brayen Lanza: “Zelenskiyə bir xəbərimiz var – Krım itirilib”

Trampın müşaviri Brayen Lanza Ukrayna prezidenti Volodimir Zelenskiyə xəbərdarlıq edərək bildirib ki, Ukrayna Krımın geri qaytarılmasını düşünmək əvəzinə, Donald Trampın Rusiya ilə bağlı “realist sülh vizyonunu” qəbul etməlidir. Lanza qeyd edib ki, “əgər Zelenski danışıqlar masasına oturub sülhün yalnız Krımın geri qaytarılması ilə mümkün olduğunu deyərsə, o zaman ciddi danışıqlara hazır olmadığını göstərəcək.”

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Trampın gələcək administrasiyası əsas diqqətini Ukraynaya qarşı hücum imkanlarının təmin edilməsinə deyil, sülhün əldə edilməsinə yönəldəcək.

Bununla yanaşı, Reuters-in məlumatına görə, Brayen Lanzanın Ukrayna mövzusunda söylədiyi sözlər Trampın mövqeyini əks etdirmir. Trampın seçki qərargahının nümayəndəsi bildirib ki, “Brayen yalnız seçki kampaniyasında çalışır, prezidentin adından danışmır və onun mövqeyini ifadə etmir.”

Musavat.com

10.11.2024 00:11
1260