Rusiya Könüllülər Korpusunun döyüşçüləri və zirehli texnikası “Rusiyaya Azadlıq” legionu ilə birlikdə Belqoroda daxil olub.
Bununla bağlı Ukrayna Teleqram kanalları görüntü paylaşıb. “Legion və Rusiya Könüllülər Korpusu Belqorod vilayətindəki Kozinka keçid məntəqəsini tamamilə azad edib. Ön dəstələr Qrayvoron şəhərinə daxil olublar. İrəli gedirik”, - “Rusiyaya Azadlıq” legionunun yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, bir neçə saat əvvəl də Ukrayna ordusunun Belqoroda daxil olduğu və sərhəd postunu ələ keçirdiyi haqqında görüntü və məlumat yayılıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənli ilə Sevinc Telmanqızının təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı: