ŞOK! Özünü binadan atan üç uşaq anası onlara tez-tez "mənsiz yaşamağı öyrənin" deyirmiş

Bu gün Bakıda baş verən intihar hadisəsinin bəzi təfərrüatı məlum olub.

APA TV-nin məlumatına görə, özünü 11-ci mərtəbədən atan Sevinc Abdullayeva onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Belə ki, uzun müddətdir bu xəstəliklə mübarizə aparan qadının tez-tez başı ağrıyırmış. Üç uşaq anası olan S. Abdullayeva, onlara tez-tez "anasız yaşamağı öyrənin" deyirmiş. Həmin gecə səhərə qədər başı ağrıyan qadının bacısı səhər işə getmək üçün onunla sağollaşıb. Bu zaman Sevinc qardaşına zəng edərək, balalarını ona əmanət etdiyini deyib və intihar edib. 

@@TVmusavat/93079@@

15.08.2024 09:20
2059