ŞOK MƏLUMAT! Qərb Ermənistana ORDU YERİDİR - Detallar AÇIQLANDI

Məkrli siyasətdən əl çəkməyən Qərb paytaxtları regionda təxribat törətməyə, yaranacaq vəziyyətdən sui-istifadə edərək Ermənistana qoşun göndərməyə çalışır; politoloqlardan sensasion açıqlamalar

Ermənistana verilən yeni silahlar müharibə ehtimalını artırır. Məsələ ondadır ki, bu il aprelin 5-də Brüsseldə, ABŞ və Avropa İttifaqı ilə Hərbi Pakt imzalayan Ermənistan son həftələrdə Azərbaycana qarşı kifayət qədər aqressiv davranır. Bunun əsas səbəbi Ermənistana ABŞ, Hindistan, Fransa və Almaniya silahlarının ötürülməsidir.

Bəllidir ki, Fransa başda olmaqla, müəyyən Qərb ölkələri Cənubi Qafqaz regionuna soxulmaq üçün orada vəziyyəti gərginləşdirən addımlar atır. Qərbin Ermənistanı silahlandırması bunun təzahürüdür. Silah satışı ilə yanaşı, daha əvvəl bir qrup fransız siyasətçisi Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış edib. Bunun təşkil olunmuş kampaniya olması heç kimdə şübhə doğurmur. Açıq-aydın görünür ki, Qərb regionda təxribat törətməyə və yaranacaq vəziyyətdən sui-istifadə edərək Ermənistana qoşun göndərməyə çalışır. Ermənistan rəhbərliyinin bir tərəfdən sülhdən danışıb, digər tərəfdən hücum silahları alması ziddiyyətlidir. Bunlar fonunda isə iki məqam indi daha çox diqqət cəlb edir.

Fransa ilə yanaşı, ABŞ və Almaniya istehsalı olan silahlar da İrəvana çatdırılır. İkincisi, Fransa-İran, Fransa-Hindistan, Hindistan-İran marşrutu üzrə silah daşınır. Xatırladaq ki, yerli mediada yayılan məlumatlara görə, bir neçə həftə ərzində Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistana çatdırılıb. Hərçənd iyun ayında Fransa və Ermənistan arasında SEZAR-ların verilməsi ilə bağlı müqavilə imzalansa da, bu hərbi texnikanın İrəvana ən azı 1,5 il ərzində çatdırılacağı gözlənilirdi. Bu qədər qısa müddətdə 12 ədəd SEZAR özüyeriyən artilleriya sisteminin Ermənistana verilməsi diqqət çəkir. Məlumatlara görə, Fransa yeni SEZAR-ların istehsalını gözləmədən öz ordusunun arsenalında olan artilleriya qurğularını ermənilərə hədiyyə edib. Bu tələsik addım Ermənistanın müharibəyə hazırlığından xəbər verir. Bununla yanaşı, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3" tank əleyhinə raket sistemləri verilib. Ermənistan ordusu Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yaylım atəşi sistemləri və ABŞ-ın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə də təmin edilib. R511 və R530 hava-hava tipli raketləri Ermənistan Hərbi Hava Qüvvələrinin balansında olan müasir "Su-30 SM" qırıcılarına quraşdırılmaq üçün nəzərdə tutulur. Ermənistan "Su-30 SM" qırıcılarını Rusiyadan alsa da, onların raket sistemləri yox idi. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan buna görə Rusiyanı tənqid də etmişdi. Məlumatlara görə, Fransanın R511 və R530 hava-hava tipli raketləri "Su-30 SM" qırıcılarına quraşdırılacaq. Modifikasiya işi hindistanlı hərbi mütəxəssislərə həvalə olunub. Son məlumatlara görə, Ermənistana artıq bu silahları Azərbaycanla şərti sərhəddə yeni hərbi infrastruktur yaradır, ağır artilleriya silahlarını delimitasiya və demarkasiya olunmayan ərazidə yerləşdirir. Ermənistanın sərhəd təxribatında məqsədi nə ola bilər? İrəvan Azərbaycanı provokasiyaya çəkməklə ölkələrinə kənar hərbi qüvvə gətirə bilərmi?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, müxtəlif dövlətlərin Ermənistanı silahlandırmasında fərqli maraqları var: “Amerikanın marağı odur ki, Rusiyanı Cənubi Qafqazda sıxışdırsın və KTMT-ni tərk edən Ermənistanla hərbi əməkdaşlığı genişləndirməyə çalışır. Bu ölkəyə böyük hərbi texnika satmasa da, birgə hərbi təlimlər keçirir, ölkə zabitlərini müxtəlif kurslara cəlb edir. Vaşinqton, Pentaqon bu istiqamətdə çalışır. Fransanın məqsədi anti-Azərbaycan, anti-Türkiyə siyasətini Cənubi Qafqazda davam etdirməkdir. Fransa istəmir ki, Ermənistan Azərbaycanın qarşısında zəif duruma düşsün. Ermənistanı məhz bu səbəbdən silahlandırır. Bəlli deyil ki, Ermənistan aldığı silahlara görə Fransaya maliyyə ödəyir, ya yox? Fransadan bəlli silahları və hərbi texnikanı almaq üçün Ermənistanın maliyyə mənbələrinin olması da şübhə doğurur. Böyük ehtimalla kreditlə alırlar, yavaş-yavaş ödəmək şərti ilə”. E.Şahinoğlu əlavə etdi ki, Ermənistanla əlaqələrini davam etdirən Hindistan sırf iqtisadi maraqlardan çıxış edir: “Hindistan son on ildə hərbi sənaye kompleksini gücləndirib, müxtəlif dövlətlərə hərbi texnika satır. Onun əsas məqsədi dünyanın hərbi texnika bazarında müəyyən paya sahib olmaqdır. Ona görə də müxtəlif ölkələrə, o cümlədən Ermənistana silah, hərbi texnika satır. Halbuki Hindistan bu siyasətini həyata keçirərkən Azərbaycan amilini çox təəssüf ki, nəzərə almır. Çünki Hindistan Ermənistana hərbi texnika satsa da, Cənubi Qafqazda əsas ticarət və iqtisadi tərəfdaşı Azərbaycandır. Azərbaycandan neft alır. Hindistanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi Ermənistandan dəfələrlə üstündür. Azərbaycana gələn hind turistlərin sayı da ilbəil artır. Bu amil  çox təəssüf ki, nəzərə alınmır”. Politoloq Ermənistanın silahlandırılmasının Azərbaycanda narahatlıqla və narazılıqla qarşılandığını təsdiqlədi: “Bu, gərginliyi artırır, rəsmi Bakı dəfələrlə bəyanatlar da verib. Azərbaycan XİN-in, Müdafiə Nazirliyinin də bəyanatları var. Amma böyük dövlətlər Ermənistanı silahlandırmaqdan əl çəkməyiblər. Ermənistan hücum xarakterli raketlər də əldə etməyə çalışır. Bu, həm gərginliyi artırır, həm də lokal toqquşmalara gətirin çıxara bilər. Halbuki İkinci Qarabağ savaşında Ermənistanın başı elə əzilib ki, gərək Azərbaycanı narahat edən siyasət yürütməsin. Amma həmin silahlar şərti sərhədlər boyunca, Qərbi Zəngəzur ərazilərində yerləşdirilirsə, əlbəttə, bu, toqquşma ehtimalını da hər an artıra bilər”. E.Şahinoğlunun sözlərinə görə, vəziyyətdən çıxış yolu Ermənistanın Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edərək sülh sazişini imzalamasıdır: “Sülh sazişi imzalanarsa, Cənubi Qafqazda silahlanma prosesi yavaşlaya da bilər. Yox, əgər Ermənistan Azərbaycanın şərtlərini - şərtimiz də birdir: Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddianın əks olunduğu bəndin çıxarılması - qəbul edərsə, bu şərt daxilində sülh imzalanarsa, Ermənistanın silahlanmasına da ehtiyac qalmaz. Amma hələ ki sülh sazişi də imzalanmır. Sülh sazişinin olmadığı şəraitdə əlbəttə, hərbi qarşıdurma ehtimalı yüksək səviyyədə qalır”.     

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə də bu fikirdədir ki, Ermənistanın silahlanması, xüsusilə hücum silahları alması ilk növbədə regionda eskalasiya riskini artırır: “İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi infrastrukturu məhv edilib. Qarabağa göndərilmiş silahlar Azərbaycana qaldı. Azərbaycan Ermənistanın böyük ölçüdə tanklarını, havadan müdafiə sistemlərini, döyüş maşınlarını, atıcı silahları ilə birlikdə məhv edib. Ermənistan tərəfi Rusiyadan deyil, artıq digər adı çəkilən ölkələr vasitəsilə silahla təmin edilir. Təbii ki, hücum silahlarının verilməsi nəticəsində Ermənistanın Azərbaycana qarşı təxribatlara əl atması, gərginlik yaradıb Fransa ordusunu öz ərazisinə dəvət etməsi mümkündür. Ermənistan göstərə bilər ki, Azərbaycan hücum edir, Rusiya bizə yenidən kömək etmədi. Ona görə də Fransanı dəvət edə bilər. Fransa da buna çalışır”. M.Əsədullazadə qeyd etdi ki, Ermənistanla Azərbaycan arasında pərdəarxası danışıqlar da aparılır: “Bakı və İrəvan arasında sülh müqaviləsi üzrə ikitərəfli danışıqlar gedir. Vasitəçi ABŞ və Türkiyədir. Ermənistan hesab edir ki, silahlanmaqla danışıqlarda üstünlük və güzəşt əldə edə bilər. Amma kökündən yanılır. Əgər Ermənistan növbəti dəfə genişmiqyaslı təxribatlara getsə, Azərbaycan Zəngəzurla Ermənistanın əsas hissəsini ayırıb, bufer zona yarada bilər. Üçüncü ölkələrin, xüsusilə Fransanın müdaxiləsi olarsa, sahədə Türkiyə də olacaq. Ona görə də müharibə Ermənistanın bir dövlət kimi süqutudur. Ən optimal yol isə Azərbaycanla sülh müqaviləsinə getməkdir. Ermənistan rəhbərliyi Qərbə bu qədər arxayındırsa, Saakaşvilinin taleyinə baxsın, çox uzağa getməsin. Ermənistan yalnız Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə getməlidir və Qərbin təlimatı ilə hərəkət etməməlidir. Rusiyanı başa düşürük. Ermənistanın Rusiyadan uzaqlaşması regionun təhlükəsizliyi üçün müsbət prosesdir. Amma onun yerini Fransa kimi avantürist ölkəyə verməməlidir”.

Görünən budur ki, nə Ermənistan ötənlərdən dərs götürür, nə də onu himayə edənlər Qafqazla bağlı mənfur siyasətindən əl çəkirlər...

E.Paşasoy,
“Yeni Müsavat”

28.08.2024 08:30
2924