ŞOK! İranlı hakerlər Tramp qərargahından oğurlanmış məlumatları Baydenə ötürdü

İranlı hakerlər Donald Trampın seçki qərargahından məlumatları oğurlayaraq Co Baydenin seçki qərargahına göndəriblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hakerlər prezident Baydenin kampaniyası ilə bağlı şəxslərlə əlaqə quraraq keçmiş prezident Trampın qərargahından oğurlanmış bir sıra materialları elektron məktub vasitəsilə yollayıblar.

Kəşfiyyat orqanlarında mövcud olan məlumata görə, Bayden kampaniyasından heç kim bu məktublara cavab verməyib.

Bütün bunlar bu ilin iyun və iyul aylarında, Bayden öz namizədliyini geri götürməzdən və onun yerinə Kamala Harris gəlməzdən əvvəl baş verib.

Donald Trampın seçki kampaniyasının sözçüsü Kerolayn Livit hadisəni İranın Kamala Harris və Co Baydenə kömək etmək istəyi ilə izah edib.

"Çünki onlar bilirlər ki, qalib gəlməsi təqdirdə prezident Tramp sərt sanksiyaları geri qayıdacaq”,-deyə Livitt bildirib.

Musavat.com

19.09.2024 20:50
320