İlk yayımlanma zamanı: 04.08.2024 (18:26)
İran polisinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Hüseyn Kərəmi də bu gün həbsə alınıb. Musavat.com bu məlumatı Türkiyədəki mötəbər mənbələrdın alıb.
İddialara görə, daha 20 yüksək rütbəli sima saxlanılıb. Onların İsrail xüsusi xidməti ilə əməkdaşlığına dair şiddətli şübhələr var. İddialara görə, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda, SEPAH-ın qoruduğu qonaq evində öldürülməsini içəridən bu agentlər təmin edib.
Agentlərin deşifrəsi ABŞ xüsusi xidmət orqanlarının yardımı ilə mümkün olub. Belə ki, cümə axşamı Türkiyədən Tehrana uçan özəl təyyarədə bir qrup ABŞ yetkilisi, öncədın razılaşdırma ilə, Tehrana uçublar. Onlar burada İran rəhbərliyi ilə danışıqlar aparıblar. Bu barədə Musavat.com özəl məlumat yayıb.
Bu məlumatda da vurğulandığı kimi, ABŞ yetkililəri İran rəhbərliyinə anlaşma təklif ediblər. Həmin anlaşmaya əsasən, İran sifətini saxlamaq üçün İsrailə qisas hücumu edir; amma bu zaman eyni ilə bu ilin aprelindəki kimi, "həddi aşmır".
ABŞ Netanyahunun nəzarətdən çıxdığını bəyan edib və bildirib ki, İsrail İsmayıl Haniyənin qətlini Amerikanın xəbəri və iştirakı olmadan, İranın hərbi sistemindəki yüksək rütbəli agentləri vasitəsi ilə həyata keçirib.
ABŞ təxmini məzmunu belə olan anlaşma da təklif edib:
- İran İsrailə cavabında həddi aşmır, Amerika bunun əvəzində MOSSAD casuslarının adlarını deşifrə edir;
- ABŞ - İran arasında nüvə anlaşması əldə olunur, bunun qarşılığlnda Netanyahu iqtidarına son verilir.
Görünən budur ki, İran bu və digər təkliflərə razılaşıb. Artıq ABŞ-ın deşifrə etdiyi MOSSAD agentləri bir neçə gündür xüsusi əməliyyatla arda-arda həbsə alınır.
Musavat.com onu da bildirir ki, artıq iki ildən çoxdur, ABŞ və İran arasında Oman dövləti vasitəsi ilə gizli danışıqlar və xüsusi mövzularda müzakirələr gedir.
Musavat.com