SEPAH bu gün Tehranda əməliyyat keçirərək, Amit Xeza adlı şəxsi həbs edib. Xezanın Azərbaycan və İsrail vətəndaşlığı olduğu iddia edilir. Musavat.com xəbər verir ki, bu barədə məlumatı jurnalist Fikrət Fərəməzoğlu sosial şəbəkə hesabında paylaşıb.
Məlumata görə, Amit Xeza HƏMAS lideri İsmayıl Həniyənin qətlində şübhəli bilinərək, həbs olunub: "Tasnim Agentliyi iddia edib ki, Amit Xeza özünü SEPAH zabiti kimi təqdim edirmiş”.
Musavat.com