ŞOK İDDİA: Rusiya NATO ilə problemi həll etmək üçün bu əraziləri işğal edəcək

Norveçli politoloq Qlenn Disen hesab edir ki, Moskva Ukraynanın NATO-ya daxil olması probleminin həllini Xarkovdan Odessaya qədər ərazinin işğal edilməsində görür.

Bu barədə "Mysl Polska" nəşri yazıb.

Politoloqun sözlərinə görə, Rusiya hələ xüsusi hərbi əməliyyat (SVO) başlamamışdan əvvəl Ukraynadan neytral status tələb edib.

"Ancaq indi Rusiya hesab edir ki, ərazilərin genişləndirilməsi NATO-nun bütün Ukraynaya nəzarət etməsinə mane olmaq üçün yeganə yoldur".

Disen deyib ki, Şimali Atlantika Alyansı münaqişə bitdikdən sonra Ukraynanı birliyə qəbul edəcəyinə söz verib. O əlavə edib ki, guya Kreml bu ekzistensial təhlükəyə ərazi alımları ilə cavab vermək niyyətindədir.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin xatırladıb ki, 1991-ci ildə NATO şərqə doğru genişlənməmək barədə söz verib. (Publika.az)

05.01.2024 12:33
1358