İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Hanin və əl-Teyri kəndlərinin bombalanmasında qadağan olunmuş sursatlardan, kaset bombalarından istifadə edib.
Musavat.com xəbər verir ki, bu barədə Livanın “Hizbullah” hərəkatı məlumat yayıb.
Təşkilat xatırladıb ki, bu cür bombalar 2008-ci ildə imzalanmış beynəlxalq konvensiya ilə qadağan olunub.
Musavat.com