ŞOK İDDİA! İrana bağlı proksi qrupu Mərkəzi Asiyada HƏRƏKƏTƏ KEÇDİ

“İran İnternational” kanalı xəbər verir ki, SEPAH-ın Qüds qanadının dəstəyi ilə İraqdakı “Kətaib Hizbullah” proksi qrupu Özbəkistan və Qazaxıstanda yəhudilərə məxsus obeyktlərə qarşı terror aktlarına görə məsuliyyət daşıyır.

Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, daha əvvəllər İraq və Suriyada fəaliyyət göstərən “Kətaib Hizbullah” indi SEPAH-ın dəstəyi ilə Mərkəzi Asiyada da fəallaşıb.

Bildirilib ki, qruplaşma Özbəkistan və Qazaxıstanda Seyid Həmid əl-Taciki kimi tanınan Məhəmməd Əli Burxanov vasitəsilə terror aktları həyata keçirib.

Qeyd olunub ki, SEPAH-ın Qüds qanadının rəhbərliyi altında olan silahlılar gənclərin terror fəaliyyətlərinə cəlb edilməsində, o cümlədən İŞİD və “Taliban” hərəkatı ilə əməkdaşlıqda mühüm rol oynayırlar.

Musavat.com

26.08.2024 14:29
663