ŞOK İDDİA: Bu ölkə husilərə peyk məlumatları ÖTÜRÜB

Rusiya bu ilin əvvəlində Yəməndəki Husi qüvvələrinə Qırmızı dənizdə ticarət gəmilərinə zərbələr endirmək üçün peyk məlumatları ötürüb.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) iki avropalı hərbi rəsmiyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, məlumatlar Husilərin sıralarında yer alan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri vasitəsilə ötürülüb.

Bildirilib ki, Rusiya peyklərinin məlumatları husilərə zərbələrinin miqyasını genişləndirməyə kömək edib.

Musavat.com

25.10.2024 14:47
404