Türkiyədə hər kəsi şoka salan hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, Sedef adlı qız atası Mehmet ona xərcləməyə pul vermədiyi üçün ağılasığımaz üsula əl atıb. Qadın sosial şəbəkə üzərindən başqa adla atası ilə yazışaraq sevgili olub.
Daha sonra isə atasından xeyli miqdarda pul alıb.
"Atamdan 1 lirə istədim məni döydü, amma 3 il boyunca tanımadığı, üzünü belə görmədiyi qadına 10, 20 min lirə pul göndərdi" - deyə Sedef bildirib.
Aparıcı Esra Erolun verilişində ekrana çıxarılan ailə münaqişəsi ölkə gündəmində səs-küy yaradaraq müzakirələrə səbəb olub.