Tayvan Müdafiə Nazirliyi Tayvan boğazı yaxınlığında Çinə məxsus 37 təyyarə və 7 gəminin aşkarlandığını açıqlayıb.
Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.
Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, dünən saat 06:00-a kimi Tayvan ətrafında 37 Çin Xalq Azadlıq Ordusuna aid təyyarə və 7 Çin Xalq Azadlıq Hərbi Dəniz Qüvvələrinə aid gəmi aşkarlanıb.
"Tayvan Silahlı Qüvvələri vəziyyəti izləyib və bu fəaliyyətlərə cavab vermək üçün təyyarələr, donanma gəmiləri və quru raket sistemləri yerləşdirib" - məlumatda qeyd olunub.
Musavat.com