Rusiya Müdafiə Nazirliyi prezident Vladimir Putinin rəhbərliyi altında keçirilən təlim çərçivəsində Plesetsk kosmodromundan "Yars" qitələrarası ballistik raketinin, atom sualtı qayıqdan isə "Sineva" raketinin buraxılışını əks etdirən görüntüləri yayımlayıb.
Musavat.com xəbər verir ki, təlim Rusiya ordusunun nüvə potensialını gücləndirmək məqsədi güdür və ölkənin strateji nüvə qüvvələrinin operativliyini nümayiş etdirir.
Qeyd edək ki, "RS-24 Yars" Rusiya istehsalı olan MIRV (Multiple Independently targetable Reentry Vehicle) termonüvə qitələrarası ballistik raketdir. Bu raket ilk dəfə 29 May 2007-ci ildə sınaqdan keçirilib və "RT-2PM Topol" raketindən daha ağırdır. Raketin döyüş başlığı 3 ədəd 500 kiloton (kt) və ya 6 ədəd 150-300 kiloton başlıqdan ibarət ola bilər.
"RS-24 Yars"ın əməliyyat mənzili 11,000-12,000 kilometr arasında dəyişir və maksimum sürəti 20 Machdır.
Musavat.com təlimdən görüntüləri təqdim edir:
İqbal RZAYEV,
Musavat.com