ŞOK GÖRÜNTÜLƏR - HƏMAS və “Hizbullah”a görə məşhur telekanalın ofisini DAĞITDILAR

Bağdadda MBC kanalının ofisinə hücum edilib və dağıdılıb.

Musavat.com xəbər verir ki, buna səbəb kanalda yayımlanan bir reportajda HƏMAS və “Hizbullah” liderlərinin terrorçu kimi təqdim olunması olub.

Şiə və fələstinli təşkilatlar bu reportajı xəyanət kimi qiymətləndirərək, kanala qarşı boykot çağırışları ediblər.

Etirazçılar kanalın ofisinə daxil olaraq, oranı dağıdıb və yandırmağa cəhd ediblər.

Musavat.com

19.10.2024 08:20
693